Sosial
Cəsədlər bir-birinin üzərində basdırılıb
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslər dəfn edilərkən "Hərbi əsirlərlə rəftara dair", "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" və "Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair" konvensiyaların müddəaları kobud surətdə pozulub.
Publika.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun kriminalistika şöbəsinin rəisi Orxan Rzayev aprelin 30-da keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı konvensiyanın tələblərinə əsasən münaqişə tərəflərinin üzərinə cəsədlərin fərdi qaydada dəfn olunması, bundan əvvəl ölümün təsdiq olunması, ölən şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və bu barədə hesabatın hazırlanması öhdəlik kimi qoyulub:
"Cenevrə Konvensiyasına əsasən, münaqişə tərəfləri ölənlərin ləyaqətlə və mümkün qədər mənsub olduqları dinin tələblərinə uyğun şəkildə dəfn edilməsini, həmişə tapıla bilən olması üçün lazimi qaydada qorunmasını və nişanlanmasını təmin etməlidirlər. Kütləvi məzarlıqlara baxış keçirilərkən aşkar edilmiş insan qalıqlarının mövcud vəziyyətinə əsasən onların bir-birinin üzərində heç bir fərdiləşmə aparılmadan basdırıldığı müəyyənləşib".
-
Sosial03:43
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO
-
İKT02:42
"TikTok" istifadəçilərinə ŞAD XƏBƏR
-
Sosial02:12
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: belə mübahisənin ciddi fəsadları ola bilər
-
Nida Xəbər 16 May 23:36
Sahibə Qafarova Simonyanla təkbətək söhbətləşdi - FOTO
-
Magazin216 May 22:48
Rihanna çimərlik geyimində poza verdi - FOTO
-
Magazin116 May 22:00
“Kurtlar Vadisi”nin məşhur aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir - VİDEO
-
Magazin116 May 21:30
“Şirin” geri qayıdır - VİDEO