Sosial
Şahdağ Milli Parkına reintroduksiya edilmiş nəcib maralların sayı artıb
IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması layihəsi çərçivəsində Şahdağ Milli Parkına buraxılan nəcib marallardan birinin balası dünyaya gəlib.
Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bununla da reintroduksiya edilmiş nəcib maralların sayı təbii artımla birlikdə 8 başa çatıb.
"Hazırda bala və ananın vəziyyəti yaxşıdır, onlar yırtıcılardan mühafizə məqsədilə Şahdağ Milli Parkının İsmayıllı bölməsində qapalı volyer şəraitində saxlanılır", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilmiş nəcib maral keçmiş dövrlərdə Böyük və Kiçik Qafqazın, Talış dağlarının meşələrində, həmçinin Kür və Araz çaylarının Tuqay meşələrində yaşayıb. Hazırda nəcib maral populyasiyalarına yalnız Böyük Qafqazda rast gəlinir.
-
İKT04:14
"WhatsApp"da YENİ FUNKSİYA
-
Magazin203:43
Sevgililərdən yeni FOTOLAR
-
Dünya03:13
Günəşdə yüksək səviyyəli partlayış baş verdi
-
Kriminal02:42
Miqrant onunla görüşmək istəməyən QIZI GÜLLƏLƏDİ
-
Sosial01:41
Azərbaycanda vəzifəli şəxs İŞDƏN ÇIXARILDI - FOTO
-
İdman01:11
Əfsanənin akademiyası su altında qaldı - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Münaqişə və qarşıdurmalar yarana bilər
-
MDB31 Oktyabr 23:36
Uzun sürən ədavət QANLA BİTDİ - Yol üstündə 4 qohumunu GÜLLƏLƏDİ