Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilir
Bizi izləyin

Sosial

Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilir

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elməddin Şirxan oğlu Abbasovun meyitinin qalıqları Sumqayıt şəhərinə gətirilib.

Publika.az “Report”a istinadən xəbər verir ki, şəhidin nəşi Sumqayıtda ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Elməddin Şirxan oğlu Abbasov 1975-ci il fevralın 2-də Cəbrayıl rayonunun Nüzgar kəndində anadan olub. O, 1994-cü il fevralın 12-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində (Yanşaq kəndi) itkin düşüb.

E.Abbasov Sumqayıt Şəhidlər xiyabanında dəfn olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm