“Xalqımız ən şərəfli, ən sevincli günlərini yaşayır” - Yalçın Adıgözəlov
Bizi izləyin

Sosial

“Xalqımız ən şərəfli, ən sevincli günlərini yaşayır” - Yalçın Adıgözəlov

"Xalqımız ən şərəfli, ən sevincli günlərini yaşayır. Biz xoşbəxt bir nəsilik. Böyük Qayıdış artıq başlayıb. Hamını təbrik edirəm! Özümü də təbrik edirəm ona görə ki, mənim övladlarım da artıq Şuşanı gördülər".

Publika.az xəbər verir ki, bu fikirləri tanınmış dirijor, Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlov deyib. Şuşadakı, Laçındakı gənclərin gözlərində nur gördüyünü qeyd edən musiqiçi bunun doğma torpağa, vətənə qayıdışla bağlı olduğunu xüsusi vurğulayıb.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə, işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.

Xalq artisti Yalçın Adıgözəlovun iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm