Prezidentə Qazaxın kəndləri barədə məruzə edən Sultanov kimdir? - DOSYE
Bizi izləyin

Sosial

Prezidentə Qazaxın kəndləri barədə məruzə edən Sultanov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, bu gün əvvəl general-mayor Vüsal Sultanov Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə edib.

Publika.az xəbər verir ki, Vüsal Eynulla oğlu Sultanov Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Dövlət Sərhəd Xidməti Baş Qərərgahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisidir.

Aprel (“Dördgünlük müharibə” – red) və Tovuz döyüşlərində də iştirak edib.

V.Sultanov Şabran rayonunda anadan olub. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin iştirakçısıdır. 9 dekabr 2020-ci ildə göstərdiyi şücaətə görə “Vətən Müharibəsi Qəhrəmanı”, 24 dekabr 2020-ci ildə isə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Vüsal Sultanovla bağlı ilginc fakt Vətən müharibəsinin ən çətin 5 döyüşündən biri olan Əmirvarlı döyüşlərinə rəhbərlik etməsidir. Sultanov oktyabrın 8-dən başlayaraq Əmirvarlı səddinin yarılması üçün gedən əməliyyatlarda iştirak edib. Ermənistan ordusunun müdafiə xəttinin birinci, ikinci eşalonundan geri çəkilmiş qüvvələri son ümid kimi bu səddə cəmləşdiyindən səddi yarmaq çətin olub. DSX-nin Çevik Hərəkat Bölmələri Əmirvarlıda 8 gün fasiləsiz döyüşlər aparıb.

Son döyüşündə ağır yaralanan Vüsal Sultanov bu gün xidmətini DSX -nin Çevik Hərəkat Dəstəsinin komandanının müavini kimi davam etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm