16 saylı cəzaçəkmə müəssisəsindən 3 nəfər azadlığa buraxıldı
Bizi izləyin

Sosial

16 saylı cəzaçəkmə müəssisəsindən 3 nəfər azadlığa buraxıldı

28 May - Müstəqillik günü münasibətilə verilmiş Əfv sərəncamının icrasına Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində başlanılıb.

Publika.az xəbər verir ki, müəssisədən 3 nəfər azadlığa buraxılıb. Onlardan bir nəfər Rusiya vətəndaşı, 2 nəfər isə Əfqanıstan vətəndaşıdır.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 25-də “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, ümumilikdə 154 nəfər əfv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm