Sosial
FHN Kürdəmirdəki yanğınla bağlı məlumat yaydı - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Publika.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən köməkçi tikilidə baş verdiyi və hər an bitişik evə keçmə riskinin olduğu müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək bitişik evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 60kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları 30kv.m. sahədə yanıb.
Tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

-
Magazin101:41
Röya Ayxan Kann Film Festivalında qırmızı xalıya çıxdı - VİDEO
-
İKT01:11
Hamilə teleaparıcı doğuş sancıları ilə EFİRƏ ÇIXDI
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Ulduzlar bu axşam bir sirr pıçıldayır
-
Sosial22 May 23:24
"Qızım yuxuma girdi" - Kürə atılan Nuranənin anası ilk dəfə DANIŞDI
-
İnanc22 May 23:12
Bu səlahiyyət Şeyxin əlindən alındı
-
Magazin122 May 22:24
"Bu olmasa, müğənnilərin 99 %-i BATAR"
-
MDB22 May 22:12
Ağaca söykənən oğlan iki barmağını İTİRDİ
-
Magazin122 May 21:12
Şəbnəmlə Vəfa barışdı