Yüz il əvvəl Qərbi Azərbaycandan qovulmuş nəslin övladıyam - Sinan Oğan
Bizi izləyin

Sosial

Yüz il əvvəl Qərbi Azərbaycandan qovulmuş nəslin övladıyam - Sinan Oğan

"Mən Qərbi Azərbaycandan 100 il əvvəl qovulmuş bir nəslin övladıyam".

Publika.az xəbər verir ki, bu sözləri türkiyəli siyasətçi, sabiq millət vəkili Sinan Oğan "Qərbi Azərbaycana qayıdış tarixi, mədəni və hüquqi əsasları" adlı beynəlxalq konfransda deyib.

"Vətən müharibəsində canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. 100 il əvvəl dünyadakı ən cox məscidin olduğu şəhər İrəvan idi. Hazırda ermənilər İrəvanda sadəcə 20 məscidi saxlayıblar. Dünyada ən çox məscid nə Səudiyyə Ərəbistanı, nə də başqa dövlətdə idi. Bu gün Ermənistan adlanan torpaqlarda idi. Ancaq təəssüf ki, ata-babalarımıza qarşı qətliam törədilib, işgəncələrə məruz qalıblar. Əvvəlcə Çar Rusiyasının daha sonra ingilis, fransız və Sovetlər Birliyinin dəstəyi ilə oradan deportasiya ediliblər", - deyə Oğan bildirib.

Sinan Oğan onu da vurğulayıb ki, ermənilər tərəfindən işğal edilmiş torpaqlar Azərbaycan Ordusunun və Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasəti və qəhərmanlığı sayəsində yenidən Ana vətən Azərbaycana geri qaytarılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm