İt hücumu nəticəsində 50 tikiş atılan uşağın atası danışdı: Oğlum evdən çölə çıxa bilmir - FOTO
Bizi izləyin

Sosial

İt hücumu nəticəsində 50 tikiş atılan uşağın atası danışdı: Oğlum evdən çölə çıxa bilmir - FOTO

Türkiyədə küçə itləri yüzlərlə vətəndaşın yaralanmasına və ölümünə səbəb olarkən, 6 yaşlı Yağız Çətin də bu hücuma məruz qalıb.

Publika.az xəbər verir ki, 2021-ci ildə Antalyada 3 yaşında ikən sığallamaq istədiyi itin hücumuna məruz qalan Yağızın atası Serhat Çətin hadisəyə reaksiya verənləri sərt şəkildə cavablandırıb.

“İnsanın həyatını heçə sayacaq qədər kor olmamalı olduğunu düşünürəm. Məsələ təkcə mənim uşağım deyil, o vaxtdan bəri saysız-hesabsız hücum xəbərləri oxudum. İtlərin hücumu nəticəsində ölən və yaralananlar oldu. Bu gün də o günün yaralarını və psixoloji pozğunluqlarını yaşayırıq. Təəssüf ki, oğlum Yağız pişiyi belə sığallaya bilmir, evdən çölə çıxmağa qorxur”, - deyə Serhat qeyd edib.

Bildirilir ki, Yağızın başına, qulağına və qoluna 50-yə yaxın tikiş atılıb. Uşağın atası hadisədən sonra iti küçədə nəzarətsiz qoyduğu üçün sahibinə qarşı Antalya 26-cı Cəza Məhkəməsində iddia qaldırıb.

Məhkəmənin sonunda bu şəxsə 10 ay həbs cəzası verilib. Lakin sonradan bu cəza 2 min 400 lirə ( təxminən 124 manat) pul cəzasına çevrilib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm