Sosial
DİN Xankəndi ilə bağlı məlumat yaydı: Son bir həftə ərzində...
Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.
DİN-in mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. "Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Həyata keçirilən tədbirlərlə ötən həftə polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 38 avtomat silahı, 2 pulemyot, 9 tapança, 14 tüfəng, 69 qumbara, 1 qumbaraatan, 61 alışdırıcı, 1 mərmi, 10 mina, 11 kiloqram barıt, 9 gecəgörmə cihazı, 31 süngü-bıçaq, 26 rabitə vasitəsi, 197 patron darağı, 19986 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocavənd rayonu ərazisindən 4 avtomat silahı, Füzuli rayonu ərazisindən 2 avtomat silahı, 1 qumbaraatan, 3 pulemyot, 4 mərmi partlayıcısı, 1050 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən 6 avtomat silahı, 1 tapança, 2 tüfəng, 7 qumbara, 5 alışdırıcı, 160 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb"-deyə məlumatda deyilir.
-
MDB15:58
Cəhənnəm yaşatdılar: Rusiya prezident briqadasını 500 kiloqramlıq bombalarla vurdu
-
MDB15:25
Putin orduya göstəriş verdi: bu tarixə qədər Kursku alın!
-
Cənubi Qafqaz15:12
Xankəndidən qaçan erməninin Zəngəzurla bağlı dedikləri İrəvanı qarışdırdı
-
Dünya14:42
Tramp çıxışı ilə dünyanı təəccübləndirdi: Putindən qorxur?
-
Maraq dünyası14:04
Beləsi olmamışdı: Görün gəlin nikah masasına nə ilə gəldi - FOTOLAR
-
Sosial12:50
Sabah yağış yağacaq, şimşək çaxacaq
-
İqtisadi gündəm12:15
Pensiya alanlara ŞAD XƏBƏR: bu qədər artırılacaq
-
İdman11:38
Basketbolun ucaboy gözəli: Görün nə qədər qazanır - FOTOLAR