9 saylı Binəqədi ikinci seçki dairəsində 104 yaşlı seçici səs verəcək
Bizi izləyin

Sosial

9 saylı Binəqədi ikinci seçki dairəsində 104 yaşlı seçici səs verəcək

“9 saylı Binəqədi ikinci Seçki Dairəsinə 38 məntəqə daxildir. Dairə üzrə seçicilərin ümumi sayı 50 min 860 nəfərdir. Bu günə kimi DSK-ya müraciət edən 20 nəfərdən səkkizinin namizədliyi qeydə alınıb. Beynəlxalq müşahidələr də DSK-da görüş keçirərək səsverməyə hazırlığın vəziyyəti ilə tanış olublar”.

Publika.az xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 9 saylı Binəqədi ikinci Dairə Seçki Komissiyasının (DSK) sədri Anar Cavadov deyib.

DSK sədri bildirib ki, məntəqə seçki komissiyalarının üzvləri Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil olunan maarifləndirici treninqlərdə iştirak ediblər.

Anar Cavadov qeyd edib ki, seçki məntəqələrində seçkilərə hazırlıq işləri qanunvericiliyin tələblərinə uyğun aparılır.

"Dairənin hüdudları daxilində məntəqələr texniki cəhətdən tam hazırlıq vəziyyətinə gətirilib və elektrik generatorları işlək vəziyyətdədir. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, qeydə alınan ən yaşlı seçicinin 104 yaşı var, ilk dəfə səsvermə hüququ qazanan gənclərin sayı isə 724 nəfərdir”,- deyə DSK sdəri əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm