Əhalinin DİQQƏTİNƏ: Bu gün saat 23:59-dan etibarən...
Bizi izləyin

Sosial

Əhalinin DİQQƏTİNƏ: Bu gün saat 23:59-dan etibarən...

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə hazırlıq çərçivəsində paytaxtın bəzi küçə və prospektlərində quraşdırma işləri davam edir.

Publika.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, 24 avqust saat 23:59-dan etibarən Azadlıq prospektindən Neftçilər prospektinə çıxış nəqliyyatın hərəkəti üçün məhdud olacaq.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 2024-cü il, 13-15 sentyabr tarixlərində keçiriləcək. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərə göstərdikləri anlayış üçün təşəkkür edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm