Yer farsların ayağı altından qaçır: İran paytaxtını dəyişir - Azərbaycanlılar nə qazanacaq?
Bizi izləyin

Sosial

Yer farsların ayağı altından qaçır: İran paytaxtını dəyişir - Azərbaycanlılar nə qazanacaq?

Aparıcı İran mediası prezident Məsud Pezeşkianın paytaxtı Tehrandan köçürmək barədə bəyanatını müzakirə edir, çünki Tehranda kəskin su qıtlığı var, hava çirklənir, yer daşları çökür və s.

Publika.az-ın xarici mətbuatdan əldə etdiyi məlumata görə, müxtəlif məhsulların istehsal olunduğu İranın cənubundan xammal gətirilib, daha sonra ixrac üçün yenidən cənub limanlarına daşınanda ekoloji problemlərə iqtisadi problemlər də əlavə olunur.

İslam Respublikası üçün bu, çox böyük maliyyə itkiləri gətirir və prezident ölkənin iqtisadi, siyasi mərkəzinin cənuba, sahilyanı şəhərə köçürülməsinin məqsədəuyğun olacağını bəyan edib.

Tehran 15 milyon əhalisi olan, yol nəqliyyatından tutmuş ekologiyaya qədər bütün problemlərin olduğu bir şəhərdir. Bundan əlavə, geoloji problem də var. Tehran tektonik qırılma üzərində qurulub və həmişə tektonik aktivləşmə, zəlzələ və seysmik vəziyyət riski var.

Paytaxtın köçürülməsi praktikası dünyada qəbul olunub. Adətən inkişaf etdirmək istədikləri bölgəni həmin ölkənin ən inkişaf etmiş regionlarından birinə çevirmək üçün paytaxt olaraq o qədər də böyük olmayan şəhər seçilir. Bir çox dövlətlər demoqrafik artımı, ölkənin proporsional inkişafını izləyən aydın urbanizasiya siyasəti aparır. İran timsalında, ola bilsin İsfahan və ya Kirman kimi tarixi əhəmiyyətə malik bir şəhər seçiləcək. Ancaq bu il Kirmanda terror aktı törədilib, şəhər təhlükəsizlik baxımından həssas vəziyyətdədir.

İran mətbuatında yayılan fikrə görə, seçici Ali ruhani lider Əli Hüseyni Xamenei olacaq. Çox güman ki, İran dövlət quruluşunun və cəmiyyətinin xüsusiyyətlərinin nəzərə alanacağı bir şəhər seçiləcək. Yeri gəlmişkən, artıq bir çoxları müşahidə edir ki, paytaxt Tehrandan başqa yerə köçürülsə, o zaman oradakı azərbaycanlılar əhalinin 50 faizi kimi şəhərdə üstünlük təşkil edəcək.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm