Bir neçə ildən sonra bu peşələr yox olacaq: İndidən iş axtarmağa başlayın!
Bizi izləyin

Sosial

Bir neçə ildən sonra bu peşələr yox olacaq: İndidən iş axtarmağa başlayın!

Texnologiyanın sürətli inkişafı və süni intellektin həyatımıza artan nüfuzu ilə iş dünyasında böyük dəyişikliklər baş verir. Bir çox sektorda ənənəvi vəzifələr rəqəmsal alətlər tərəfindən ələ keçirilərkən, bəzi peşələr tamamilə yox olmaq təhlükəsi ilə üzləşir.

Publika.az xəbər verir ki, Oksford Universitetində mütəxəssislər tərəfindən aparılan araşdırmaların nəticələrinə görə, qarşıdakı 10 il ərzində bir çox iş süni intellekt və avtomatlaşdırma texnologiyaları ilə yerinə yetiriləcək.

Xüsusilə 2030-cu ilə qədər bir çox biznes sahələri yeni nəsil texnologiyalarla əvəz oluna bilər. Bu dəyişikliklə gələcəkdə hansı peşələrin olmayacağını öyrənmək karyera planlaması baxımından böyük əhəmiyyət kəsb edir.

Bunlardan birincisi səyahət məsləhətçiliyidir. Çünki onlayn sifariş saytları sayəsində səyahət məsləhətçilərinə ehtiyac azalır. Kontaktsız ödəniş sistemləri və özünəxidmət kassaları kassirləri əvəz etməyə başladığı üçün bu peşə də qarşıdakı illərdə tarixə qovuşacaq.

Üçüncüsü, texnologiya fəst fud sənayesində də geniş yayılır və canlı işçi qüvvəsinə olan ehtiyacı azaldır. Elektron poçt və rəqəmsal faktura sistemlərinin yayılması ilə ənənəvi poçt göndərişləri də öz funksiyasını itirir. Nəticədə poçt sektoruna olan işçi tələbi də yox olmağa başlayır.

Onlayn bankçılıq xidmətləri yerli filialların sayını azaldarkən, bank sektorunda çalışanların sayının da azalacağı proqnozlaşdırılır. İstehsal proseslərinin avtomatlaşdırılması tekstil işçilərinin sayını azaldır. Son olaraq isə, rəqəmsal medianın yüksəlişi çap nəşrlərinin və çap operatorlarına tələbin azalmasına səbəb olur.

Süni intellektin inkişafı ilə bu kimi peşələr tarixə qovuşmaq üzrə olduğu vaxtda bəzi peşələrə isə ehtiyac daha da artacaq.

Məsələn, süni intellekt texnologiyaları səhiyyə və tikinti kimi bir çox sektorda istifadə olunmağa başlayıb. Bu sahədə çalışan mühəndislər riyaziyyat, proqram təminatı və böyük verilənlər texnologiyaları sahəsində ixtisaslaşmalıdırlar.

Rəqəmsal platformaların artması ilə kibertəhlükəsizlik mütəxəssislərinə ehtiyac sürətlə artır. Bu sahədə uğur qazanmaq üçün problem həll etmə bacarıqlarına sahib olmaq lazımdır.

Oyun sənayesi texnologiyanın sürətli inkişafı ilə böyük təcil qazanıb. Oyun tərtibatçılarının proqramlaşdırma dillərinə və dizayn bacarıqlarına sahib olması gözlənilir. Rəqəmsal tendensiyaları izləmək və sosial media platformalarını mənimsəmək bu sahədə də karyera qurmaq istəyənlər üçün çox vacibdir.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm