12 yaşlı qəhrəman: Atasına hücum edən 200 kiloluq ayını öldürdü
Bizi izləyin

Sosial

12 yaşlı qəhrəman: Atasına hücum edən 200 kiloluq ayını öldürdü

Qərbi Viskonsin ştatının sıx meşələrində 12 yaşlı uşaq atasını yaralayan qara ayını tüfənglə öldürüb.

Publika.az "Minnesota Star Tribune" qəzetinə istinadən xəbər verir ki, 43 yaşlı Rayan Byerman deyib ki, sentyabrın 6-da oğlu Ouen ov tüfəngi ilə ona hücum edən 200 kiloluq ayını öldürüb.

“Ouen qəhrəman idi. Ayını vurdu və düz mənim gözümün qabağında öldürdü”, - deyə uşağın atası bildirib.

Bildirilir ki, ayı atanın alnından, qolundan və ayağından dişləyib. Ayı onun yanağının dərisini də qoparıb.

Bundan əvvəl o, Ouenlə birlikdə Minneapolisdən təxminən 144,8 kilometr şimal-şərqdə, Viskonsin ştatının Siren yaxınlığındakı ağaclarda ayını görüblər. Ouen atəş açıb, ayını yaralayıb, sonra qaçıb. Onlar ayını axtarmağa başlayıblar.

Ayı ona təxminən 2 metr məsafədən hücum edib. Bayerman tapança ilə heyvana səkkiz dəfə atəş açdığını, lakin qaçırdığını bildirib. Bundan sonra ayı yenidən onun üstünə hücum çəkib, bu dəfə 12 yaşlı oğlu ov tüfəngi ilə ayını öldürüb.

Byerman və Ouen xəstəxanaya aparılıb.

Atanın yanağındakı yaraya 23 tikiş qoyulub. Onun həmçinin yeddi deşilmiş yarası və sağ əlində kəsiyi olub.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm