Nəqliyyat
Yolu “28 May”a düşənlərə şad xəbər: Sabahdan...
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən əhaliyə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi, sərnişinlərin rahatlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni nəqliyyat mübadilə mərkəzlərinin (HUB-ların) yaradılması işləri davam etdirilir.
AYNA-dan Publika.az-a verilən məlumata görə, noyabrın 7-dən Bakıda mobilliyin transformasiyası proqramı çərçivəsində “Hamısı bir yerdə” (“All in one”) prinsipi əsasında qurulan “28 May” Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyətə başlayır. Bu ərazidən gündəlik 16 müntəzəm marşrut üzrə 259 avtobusla 181 min sərnişin daşınır.
“28 May” NMM-in ərazisindən keçən avtobusların marşrutlarını optimallaşdırmaq, hərəkət zamanı sıxlığı azaltmaq və əlavə vaxt itkisinin qarşını almaq məqsədilə Azadlıq prospektinin Şəmsi Bədəlbəyli və Füzuli küçələri ilə kəsişmələrində yeni işıqforlar quraşdırılıb, Azadlıq prospektinin bu hissəsində avtobusların əks istiqamətdə hərəkəti üçün zolaq salınıb. Bu yenilik NMM-in ərazisinə daxil olan avtobusların təhlükəsiz hərəkəti və sərnişinlərin rahatlığını təmin edəcək.
Qeyd edək ki, NMM-in ərazisinə şəxsi avtomobillərin girişi qadağandır, burada geniş piyada zonaları və mikromobillik zolaqları salınıb, nişanlanma xətləri çəkilib, yol nişanları, müntəzəm marşrut avtobusları üçün dayanacaq məntəqələri, həmçinin elektrik avtobusları üçün enerji doldurma cihazları quraşdırılıb. Yenidənqurmadan sonra meydanda yaradılan şərait onu modern üslubda tərtib edilən və şəhərin görkəminə əlavə gözəllik qatan daha bir populyar ictimai məkana çevirməyə imkan verib.
-
Dünya09:35Türkiyədən Moskvaya uçan 4 təyyarə Litva və Polşa üzərindən geri döndü - Nə baş verir?
-
Ekopublika.az09:00Bu xərcin 70%-ni dövlət ödəyəcək - Nə dəyişəcək?
-
ABŞ07:55Tramp onun edam hökmünü təsdiqlədi: Güllələnərək öldürüləcək
-
Region06:16Pezeşkian aylardır boş qalan vəzifə üçün namizəd göstərdi - İranın yeni müdafiə naziri kim olacaq?
-
Hadisə02:18Azərbaycan vətəndaşları da həlak oldu: Hücuma məruz qalan Türkiyə gəmisindən görüntülər - Video
-
Region02:00Türkiyədə sərnişin təyyarəsində bomba tapıldı? - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Yanlış addım atmamaq üçün diqqətli olun!
-
İdman5 Oktyabr 22:18Messidən sonra Argentinanın 10 nömrəsi kim olacaq? - Namizədlər açıqlandı
















.jpg)


.jpg)

















.jpg)
