Sosial
Sanitariya-gigiyena qaydalarını pozanlara qarşı tədbirlər görüldü
Mingəçevirdə ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi və sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən profilaktiki tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a bildirilib ki, məişət tullantılarının urnalardan kənar yerlərə atılması, tullantıların qalaqlanması, su hövzələrinin çirkləndirilməsi hallarına yol verilməməsi barədə vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb. Xəbərdarlıqlara məhəl qoymayan şəxslər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Həmçinin, şəhərin bir neçə küçə və prospektində məişət tullantılarının qalaqlanması faktı aşkar edilib. Polisin müşayiəti ilə həmin ərazilərdəki antisanitar vəziyyət aidiyyəti qurumların əməkdaşları tərəfindən aradan qaldırılıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
-
Sosial11:36Əhaliyə pis xəbər: Bu ildən...
-
Sosial09:10Pensiyalar bu tarixdən artımla veriləcək
-
Region09:00İranda etirazçılar Quranı yandırdılar
-
Cənubi Qafqaz08:48Bu dəfə "Cənubi Qafqaz lideri" Ermənistan oldu
-
Magazin208:24Aktyor Tommi Li Consun qızı ölü tapıldı
-
Ekologiya07:17Bu gün sulu qar yağacaq - PROQNOZ
-
Magazin106:16"Bəzi "əyrimçələr" ailəmi dağıtmağa çalışırlar"
-
ABŞ05:15Mask Daxili Gəlir Xidmətini görün necə İFLİC EDİB











.jpg)







.jpg)
.jpg)




.jpg)








