Sosial
Kür çayında suyun səviyyəsi artdı
Son günlər yağan yağıntılarla əlaqədar yerli və transsərhəd çaylarda sululuğun artımı müşahidə olunur.
Bunu Publika.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.
O bildirib ki, bu gün transsərhəd Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 6 sm artıb və hazırda çayda sululuq ongünlük normadan 30% çox, ötən il ilə müqayisədə isə 10 % çoxdur: "Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 14 sm artıb və hazırda sululuq normaya yaxın, ötən il ilə müqayisədə 8 % çoxdur. Araz çayının Qıvraq məntəqəsində isə suyun səviyyəsi 9 sm artıb".
Mərkəz direktoru qeyd edib ki, bəzi yerli çaylarda da suyun səviyyəsində artım müşahidə olunub: "Oktyabrın 20-si gündüzədək qeyri-sabit, yağıntılı hava şəraitinin davam etməsi ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var".
-
Qoroskop20:12
Yer üzündəki mələklər - Ən məsum 3 bürc
-
MDB19:50
Putindən səhhəti ilə bağlı AÇIQLAMA: "Mütəmadi olaraq..."
-
Elm və təhsil19:10
Üç gündür işıq olmayan məktəblə bağlı RƏSMİ AÇIQLAMA
-
Sosial19:00
Azərbaycanda bu şəxslərə avtomobil veriləcək
-
Region17:35
İranın atom bombasından da güclü silahları var - BƏYANAT
-
MDB16:37
Zelenski İrana müharibə elan etdi: Rusiya və Şimali Koreya da...
-
Sosial16:01
Vidadi İsgəndərlinin qətlini Osmanqızı sifariş edib? - Sensasiya
-
Sosial15:27
Bu məzunlar əsgərliyini universitetdə çəkəcəklər