Sosial
Bakıda məşhur restoranların sahibini döyən ofisiant sərbəst buraxıldı
Bakıda yeyib-içib məşhur restoranların sahibini döyən ofisiant azadlığa buraxılıb.
Publika.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1991-ci ildə Ağcabədi şəhərində doğulmuş Kənan Fərəcov (soyad şərti) Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən "Pakrovka" və "Altay" restoranlarının Fərhad adlı sahibini döyüb.
Belə ki, "Altay" restoranında Fərhad dostlarına qonaqlıq verib və Kənan Fərəcov ofisiant kimi onlara qulluq edib. Kənan içkili halda müdirinə qulluq edən zaman "Chivas Rigal Xİ2" adlı viski şüşəsini içərisi dolu halda əlindən salaraq sındırıb. Bu zaman sahibkar əsəbləşərək, onun restorandan qovulmasını tələb edib. Kənan Fərəcov isə həmin günə görə ödənişini sahibkardan tələb edib. Lakin sahibkar buna etiraz etdiyi üçün təqsirləndirilən şəxs onun sifətinə şillə ilə vurub. Nəticədə sahibkarın burnu sınıb. Hadisə yerini tərk edən Kənan Fərəcov həmin günün səhəri polis tərəfindən saxlanılıb.
Hadisədən bir müddət sonra Kənan Fərəcov müdirindən qisas almaq üçün "Altay" restoranın giriş qapısının şüşəsini sındıraraq, ora oğurluğa girib. O, əvvəlcə restoranda spirtli içki qəbul edib. Sərxoş vəziyyətdə müxtəlif əşyaları sellofan paketlərə yığandan sonra zalda yuxuya gedib. Səhər saatlarında restoranın işçiləri onu görərək, polisə müraciət ediblər.
12 yanvar 2024-cü il tarixli Səbail Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 1 il, 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Sonuncu hadisədən sonra "Altay" restoranının sahibi Fərhad onu döyməsi ilə bağlı da təqsirləndirilən şəxs barəsində yenidən Səbail rayon Məhkəməsinə şikayət edib. Məhkəmə isə sahibkarın şikayətini rədd edib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsə də, onun cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən barəsində cəza təyin edilməyib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.
-
ABŞ04:44
Güclü zəlzələdən sonra Kaliforniyada fövqəladə vəziyyət ELAN EDİLDİ
-
Sosial03:43
Azərbaycanda ət niyə bahalaşıb? - SƏBƏBLƏR / VİDEO
-
Səhiyyə02:42
Bənövşəyi qarğıdalının elə faydaları üzə çıxdı ki....
-
Elm və təhsil01:11
Azərbaycanlı professor uzun illər həlli tapılmayan tənliyin öhdəsindən gəldi - FOTO
-
Magazin100:15
Vəfa Şərifovanın uşaqlarının atası birinci xanımı ilə - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Axşam saatları romantika vəd edir
-
MDB5 Dekabr 21:48
Daha bir İYRƏNC OLAY: kişi baldızının 13 yaşlı qızına təcavüz etdi
-
Magazin15 Dekabr 21:24
“Mənə “nənəliksən” deyən qızımdan imtina edirəm” - VİDEO