Sosial
“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşuldu
İnnovasiya və sürət lideri “Bakcell” MMC BMT-nin Qlobal Sazişinə (United Nations Global Compact) qoşulub. Bununla bağlı “Bakcell”in baş icraçı direktoru Klaus Müller və BMT Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov arasında memorandum imzalanıb.
K.Müller bildirib ki, təşəbbüsə qoşulmaqla şirkət dayanıqlı inkişaf və sosial məsuliyyət prinsiplərinə sadiqliyini nümayiş etdirir: “BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun fəaliyyət strategiyamızın əsasını təşkil edir. Qlobal Sazişin 10 prinsipini tətbiq etməklə ekoloji, sosial və korporativ idarəetmə sahələrində fəaliyyətimizi daha da təkmilləşdirəcəyik”.
“BMT-nin Qlobal Sazişinə qoşulmaqla “Bakcell” dayanıqlı gələcəyə töhfə vermək öhdəliyini bir daha təsdiqləyir. Bu, hər kəs üçün daha yaxşı bir gələcək qurmaq məqsədilə ictimai bir vəddir – tərəfdaşlara, səhmdarlara, təchizatçılara, işçilərə, müştərilərə və gələcək nəsillərə verilmiş bir öhdəlik. “Bakcell” sözünə sadiq korporativ şirkət kimi tanınır. Texnologiya dayanıqlığın əsas təminatçılarından biridir və yenilikçi bir şirkət olaraq “Bakcell”, fərdlər, icmalar və sənayelər üçün daha yaxşı, məsuliyyətli və qayğıkeş həyat tərzi yaratmaq məqsədilə texnologiyanı əlçatan etməyə mühüm töhfə verəcək”, - deyə S.Məmmədov bildirib.
“Bakcell” işğaldan azad olunmuş bölgələr də daxil olmaqla, ölkə ərazisində keçirdiyi müxtəlif innovativ layihələrlə iqtisadiyyatın inkişafına, Azərbaycanın dayanıqlı inkişaf hədəflərinə çatmasına töhfə verir. “Bakcell”in ətraf mühitin qorunması istiqamətində atdığı addımlar enerji istehlakı və elektron tullantıların ətraf mühitə təsirinin azaldılmasını, həmçinin bərpa olunan enerji mənbələrindən daha geniş şəkildə istifadəni hədəfləyir. Belə ki, şirkət eSIM texnologiyasının tətbiqi ilə plastik tullantıları azaldır, həmçinin bərpa olunan enerji ilə işləyən stansiyalarla bağlı pilot layihə həyata keçirir. Bundan əlavə, şirkət həyata keçirdiyi “FLEXcellence” proqramı vasitəsilə hibrid iş rejimini təşviq edir. Bu isə öz növbəsində əməkdaşların enerji və vaxt itkisini azaldır, onların iş və şəxsi həyatları arasında balansı təmin etməsinə kömək edir.
BMT-nin Qlobal Sazişi dünyada dayanıqlı inkişaf və sosial məsuliyyət sahəsində ən böyük beynəlxalq təşəbbüsdür. Hazırda Qlobal Sazişin iştirakçıları sırasında 160-dan çox ölkədən 20 mindən çox təşkilat yer alır. Təşəbbüs üzvlərinin əsas məqsədi öz strategiya və fəaliyyətlərini beynəlxalq səviyyədə qəbul edilmiş insan haqları, işçi hüquqları, ətraf mühitin qorunması ilə bağlı prinsiplərə və “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə uyğunlaşdırmaqdır.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial26 Dekabr 17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı