Sosial
Yağışın yaratdığı problemlərlə bağlı BŞİH-dən AÇIQLAMA
Bakıda bu gün səhər saatlarından başlayan yağıntıların normadan artıq olması müşahidə olunur. Bu hal paytaxt küçələrində hərəkəti çətinləşdirib, bir sıra yerlərdə isə yollar yağış suları ilə dolub. Normadan dəfələrlə artıq yağıntının şəhərin kanalizasiya sisteminin xaric edə biləcəyi miqdardan xeyli artıq olduğu bildirilir.
Publika.az-ın məlumatına görə, Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşı Dəniz Məmmədli bildirib ki, məsələ ilə bağlı bu gün Bakı şəhər İcra Hakimiyyətində müşavirə keçirilib. Xüsusi riskli ərazilərdə fövqəladə halların baş verməməsi üçün qabaqlayıcı tədbirlər müəyyənləşdirilib:
“Həmçinin Bakı Şəhər İcra hakimiyyəti təsərrüfat strukturları tərəfindən gün boyu aidiyyəti üzrə ADSEA-ə subasmalarla bağlı məlumatlar veriləcək”.
Mütəxəssislər qeyd edir ki, dünyanın heç bir şəhəri bundan sığortalanmayıb. Bildirilir ki, belə hallar son zamanlarda Avropa və dünyanın digər ölkələrində də müşahidə olunur. Misal üçün, İtaliyanın Siciliya bölgəsində, Avropanın digər şəhərləri və ya Rusiyada bəzi şəhərlər bu günlərdə təbii fəlakətlə üz-üzə qalıblar. Buna səbəb kimi bəzi alimlər qlobal iqlim dəyişikliyini də göstərirlər.
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı