Sosial
26 dil bilən əkiz qardaşlar: danışdıqları bir dili isə yalnız ikisi başa düşür
Əkizlər ana bətnində qurduqları güclü bağları həyatlarının sonrakı dövrlərində də davam etdirirlər. Araşdırmalar göstərir ki, əksər hallarda onlar bir-biri ilə xüsusi dildə danışırlar.
Publika.az xəbər verir ki, Metyu və Maykl qardaşları da bu nümunələrdən biridir, lakin digər əkizlərlə müqayisədə onları unikal edən başqa bir xüsusiyyət var.
Metyu və Maykl Yulden əkizləri 25 dil bilirlər. Bundan əlavə, daha bir dil bilirlər: Umer. İndiyə qədər umer dilini eşitməməyiniz normaldır. Çünki bu dili Metyu və Maykldan başqa bilən yoxdur. Kaliforniya Dövlət Universitetinin Əkizləri Araşdırma Mərkəzinin direktoru Nensi Seqal bildirib ki, bu gün bu hadisəni təsvir etmək üçün daha uğurlu terminlər istifadə olunur.
Əkizlərin 30-50 faizində ortaq bir dil və ya ünsiyyət formalarının inkişaf etdiyi təxmin edilir. Bu vəziyyət yunanca "gizli nitq" mənasını verən "kriptofaziya" adlanır.
Mövcud araşdırmalara nəzər salsaq, əkiz körpələrin təxminən 40 faizində bir növ "əkiz danışıq" olduğunu söyləmək olar. Lakin bu rəqəm əkizlərin dil inkişafının nə qədər mürəkkəb olduğunu izah etmək üçün kifayət deyil.
Aysel Şahmar
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO