Sosial
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən "Birinci" tarifini təqdim edir

İnnovasiya və sürət lideri “Bakcell” ölkənin ilk rəqəmsal bankı “Birbank” ilə əməkdaşlıq çərçivəsində yeni “Birinci” tarif paketini təqdim edir.
Abunəçilər “Birbank” mobil tətbiqinə “Bakcell” nömrəsi əlavə etməklə “Birinci” tarifinə qoşula, onu idarə edə və dərhal “Trendyol”, “Umico”, “Birbank” və “M10” kimi platformalarda xüsusi üstünlüklərdən yararlana bilərlər. “Birinci” tarifi daxilində “Bakcell” müştərilərinə ölkədaxili zənglər üçün dəqiqələr, əsas internet balansı, sosial şəbəkələr üçün əlavə internet balansı təqdim olunur. Bundan əlavə, tarifə qoşulan abunəçilər “Trendyol”da alış-veriş zamanı ayda 2 dəfə 10% endirim və ödənişsiz “Umico Premium” abunəliyi əldə edəcəklər.
Eyni zamanda, müştərilər “Birbank” kartları ilə əməliyyatlar və “m10”la QR ödənişlər zamanı əlavə keşbek qazanacaqlar. “Birinci” tarifinin başlanğıc qiyməti 6.9 AZN-dir.Qeyd edək ki, “Bakcell” abunəçiləri “Birinci” tarifinə yalnız “Birbank” mobil tətbiqi vasitəsilə qoşula bilərlər. Tarif paketi ilə bağlı ətraflı məlumatı “Bakcell” və “Kapital Bank”ın rəsmi saytlarından və ya sosial şəbəkə hesablarından əldə etmək olar.
Gələcəyə hədəflənən yeni brend strategiyası ilə “Bakcell” ölkəmizdə abunəçilərə innovativ xidmət və məhsullar təqdim edir. Şirkət qarşıdakı dövrdə bir sıra yeni məhsulları abunəçilərinin ixtiyarına verəcək.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
-
Qoroskop00:30
Günün ULDUZ FALI - Romantik münasibətlərdə diqqətli olun
-
Region00:15
Kahramanmaraş yenə SİLKƏLƏNDİ
-
Avto00:00
Qərar verildi, bu maşınlar BAHALAŞACAQ
-
Magazin123 Oktyabr 23:24
Güneldən payızda bikini şousu - FOTO
-
Dünya23 Oktyabr 23:12
Pakistan İran yönümlü qruplaşmaya qarşı əməliyyata başladı - VİDEO
-
Region23 Oktyabr 22:36
Pezeşkian yenə Azərbaycan dilində şeir dedi: - VİDEO
-
Kriminal23 Oktyabr 22:12
Dəhşətli cinayətin ŞOK TƏFƏRRÜATI - Hər ay kreditin ödəyib, əraziyə "giriş qadağandır" nişanı qoyub
-
Sosial23 Oktyabr 21:36
Şəhidin büstü üzərindəki gülləri o oğurlayırmış - FOTO/VİDEO