Sosial
Tbilisidə Gürcüstan-Azərbaycan Gənclərinin “Networking” Forumu keçirildi - FOTO/VİDEO
Noyabrın 5-də Tbilisidə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə “Gürcüstan-Azərbaycan Gənclərinin “Networking” Forumu keçirilib.
Publika.az xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsi ehtiramla anılıb. Sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.
Tədbirdə layihənin rəhbəri, “Qızılbaş” İctimai Birliyinin sədri Aqil Ələsgər iki ölkə arasındakı tarixi əlaqələrdən söz açıb. O, həmçinin Azərbaycanın COP29-a ev sahibliyi etməsindən danışıb və Bakının tədbirə tam hazır olduğunu bildirib.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı barədə məlumat verib, əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.
Diplomat azərbaycanlı gənclərin maariflənməsi, eləcə də onların gürcü gənclərlə əlaqələrinin inkişafı istiqamətində atılan addımlar barədə məlumat verib.
Sonra o, COP29 haqqında geniş danışıb. Bildirib ki, bu mötəbər tədbirin keçirilməsində dövlət orqanları ilə yanaşı, qeyri-hökumət təşkilatları da səylə çalışırlar.
Azərbaycan və Gürcüstan gənclərinin qarşılıqlı əlaqələr çərçivəsində şəbəkələşmə imkanlarının yüksək səviyyədə olduğunu qeyd edən səfir gəncləri bu imkanlardan maksimum faydalanmağa çağırıb.
Daha sonra Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Qəhrəmanov və Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Leyla Əliyeva COP29-un önəmi və Azərbaycan gənclərinin beynəlxalq tədbirlərdə iştirak təcrübələri barədə danışıblar, iki ölkə arasındakı siyasi və mədəni əlaqələrin inkişafına gənclərin töhfəsindən bəhs ediblər.
Tədbirdə Azərbaycan-Gürcüstan əlaqələri haqqında sənədli film nümayiş olunub.
Daha sonra “Gənclərin Təşəbbüsü və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdiyevin moderatorluğu ilə Gürcüstan-Azərbaycan Gənclərinin “Yaşıl dünya naminə” mövzusunda panel iclası keçirilib. Paneldə gürcü analitik-bloger Vasili Papava, jurnalist -araşdırmaçı Lika Jorjoliani, “Aktual.ge” saytının baş redaktoru İlkin Hüseynov və tədqiqatçı-alim Aygül İsayeva ölkələrarası əlaqələrin gənclərə sirayət etdirilməsi, gənclərin şəbəkələşmə potensialının gerçəkləşdirilməsi ilə bağlı müzakirə aparıblar.
Qeyd edək ki, forum çərçivəsində noyabrın 6-da Marneulidəki soydaşlarımızla da görüş keçiriləcək.
-
Hadisə19 Yanvar 23:29Azərbaycanda zəlzələ oldu
-
Dəb19 Yanvar 21:52Moda əfsanəsi Valentino vəfat etdi
-
Magazin219 Yanvar 20:48"Evimə cin qəbiləsi göndərdilər" - Müğənni açıqlamaları ilə gündəmi alt-üst etdi
-
ABŞ19 Yanvar 19:00Tramp Lukaşenkoya görün nə təklif etdi
-
Ekologiya19 Yanvar 17:42Əhaliyə xəbərdarlıq edildi: Sabah Azərbaycanda...
-
Region19 Yanvar 16:54Ermənistanda "Tramp marşrutu" ilə bağlı qalmaqal: Oskanyanın cavabı verildi
-
Sosial19 Yanvar 16:32Baş nazirdən bu şəxslərin maaşları ilə bağlı QƏRAR
-
İqtisadi gündəm19 Yanvar 14:59Dolların sonu çatır: Qlobal bazar yeni valyuta axtarır











.jpg)

.jpg)










.jpg)









