Sosial
"Bu qayıdışımızla Şuşaya yeni nəfəs gəldi" - Fatma Yıldırım
“Qədim tarixə malik Şuşa şəhəri Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib”.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, tam 28 il Şuşa erməni işğalı altında yaşadı. Amma 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımız, o cümlədən Şuşa şəhəri erməni işğalından azad olundu: "Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Noyabrın 8-də müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” deyə bəyan etdi. Noyabrın 8-də Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinin həlledici anı oldu və Azərbaycana strateji üstünlük verdi. Bunun nəticəsi olaraq 10 noyabr Bəyanatını imzalamaqla Ermənistan məğlubiyyəti qəbul etdi. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı".
Millət vəkilinin sözlərinə görə, hazırda dövlətimiz tərəfindən Şuşa şəhərinin bərpası işləri həyata keçirilir: "Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Şuşaya səfər ediblər. Dövlətimizin başçısı 28 ildən sonra 2021-ci ilin mart ayında Şuşada, Cıdır düzündə Novruz tonqalı alovlandırdı. Cənab Prezident Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edib. Eləcə də azad Şuşada “Xarı bülbül” muğam festivalı və “Vaqif” Poeziya günlərinin keçirilməsi ənənə halını alıb. Təsadüfi deyil ki, Şuşa “Şərqin konservatoriyası” adlandırılır. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin, korifey sənətkarımız Bülbülün və xan qızı Natəvanın abidələri Şuşa şəhərində bərpa olundu. Vaxtilə işğal altında olan bu abidələr düşmən tərəfindən güllələnmişdi. Bu abidələr Bakıya gətirilərək xarici qonaqlara nümayiş etdirilirdi ki, erməni vandalizmini görsünlər. Artıq həmin abidələr məxsus olduqları Şuşaya qaytarılıb. Eləcə də, Molla Pənah Vaqifin ermənilər tərəfindən dağıdılmış məqbərəsi və büstü bərpa edilib. Bəzi məscidlərimiz, dini abidələrimiz isə Heydər Əliyev Fondu tərəfindən bərpa olunub və hazırda bu istiqamətdə işlər davam edir. Bütövlükdə Şuşada bərpa-quruculuq işləri böyük vüsət alıb".
Fatma Yıldırım qeyd edib ki, artıq Şuşaya doğma sakinlərinin qayıdışı başlayıb: "Bu qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs gəldi. Azadlığına qovuşmuş qədim şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilib. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb".
“Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edildi. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən 8 Noyabr - Şuşa şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur. İşğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır. Qarabağın incisi olan qədim Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməkdədir”, - deyə Fatma Yıldırım vurğulayıb.
-
Kriminal14:36
Saatlıda 19 yaşlı oğlan xalasının qızına təcavüz etdi: anası isə... - Şok təfərrüat
-
Sosial13:48
Əhaliyə xəbərdarlıq: noyabrın 8-i axşamdan...
-
İdman13:04
Çempionlar Liqasının kraliçası: Görün nə qədər pərəstişkarı var - FOTOLAR
-
Rəsmi xronika12:10
İlham Əliyev bu yolun açılışını etdi - YENİLƏNDİ
-
Rəsmi xronika11:26
Prezident yeni yolda maşın sürdü - FOTO
-
ABŞ10:42
Yeni prezident, köhnə hesab: ABŞ-ın dövlət borcu görün nə qədər oldu
-
MDB09:48
Rusiya türkləri deportasiya edir: Əvəzində bu ölkədən işçilər cəlb edəcək
-
Region09:12
Köçəryan komandasını topladı: Nə planlaşdırırlar?