Sosial
Meteo.az mobil tətbiqi istifadəyə verildi
Azərbaycanda faktiki və gözlənilən hava şəraiti ilə bağlı məlumatları operativ əldə etmək və izləmək məqsədilə Milli Hidrometeorologiya Xidməti tərəfindən meteo.az mobil tətbiqi test rejimində istifadəyə verilib.
Publika.az xəbər verir ki, bunu Xidmətin rəsmisi Gülnarə Abbasova bildirib.
O qeyd edib ki, tətbiq vasitəsilə ölkə ərazisində mövcud və gözlənilən hava şəraiti, temperatur, küləyin sürəti və istiqaməti, atmosfer təzyiqi, rütubət eyni zamanda təhlükəli hava ilə bağlı xəbərdarlıqlar haqqında məlumatlar təqdim olunur. “Tətbiqdə qısamüddətli proqnozlarla yanaşı həftəlik hava proqnozları da qeyd olunur”.
Xidmət rəsmisinin sözlərinə görə, “meteo az” mobil tətbiqi hazırda İOS platforması üzərindən fəaliyyət göstərir, yaxın vaxtlarda "Android" versiyası da ictimaiyyətin istifadəsinə veriləcək.
“Qeyd edək ki, hazırda test rejimində işləyən mobil tətbiqlə bağlı təklif və fikirlərinizi “tənzimləmələr” bölməsində “Bizə bildir” hissəsində və ya [email protected] poçt ünvanına yaza bilərsiniz”.
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki











.jpg)





























