Sosial
"Kürd Elnur" yenidən hakim QARŞISINDA
Sosial şəbəkələrdə "Kürd Elnur" kimi tanınan Elnur Abbas oğlu Abbasov barədə inzibati protokol tərtib edilib.
Publika.az xəbər verir ki, Elnur Abbasov aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 590.2-ci (Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
İşə Astara Rayon Məhkəməsində hakim Şəfiqə Meybullayevanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, dəfələrlə məhkumluq həyatı yaşayan Elnur Abbasov 2020-ci ildə sosial şəbəkələrdə yayılan videoları ilə gündəmə gəlib. O, paytaxtın Suraxanı rayonunda tanışı olan bir nəfərin BMW markalı avtomobilini dərəyə aşırıb.
Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş Elnur Abbasov üzərində odlu silah və narkotik vasitələrlə saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd tapança, 4 ədəd patron, 1 ədəd daraq və 7 qramdan artıq heroin aşkar edilərək götürülüb. (Modern.az)
-
ABŞ07:30Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu
-
Magazin106:16Nazirlik Azərə 200 min manat ödəyəcək
-
Dünya05:15Ədən körfəzində şiddətli zəlzələ baş veri
-
Dünya02:42"Lətifə" iti üçün məhkəmədə il yarım mübarizə apardı
-
Magazin101:11Aktrisaya görə Ülviyyə İlyasovanın cəzası artırıldı
-
İdman00:45“Bəlkə, cahillik edib rəqəm seçirik” - Video
-
Qoroskop00:00Günün ULDUZ FALI - Riskli qərarlardan uzaq durun
-
İdman27 Avqust 23:40"Barselona"nı bəyənən Qurbanov Bakıda kimə azarkeşlik edəcək?









.jpg)


























.jpg)
.jpg)
