Sosial
Unibankın “Əjdaha” lotereyasının dördüncü tirajının qalibləri seçildi
“Unibank”ın Əjdaha lotereyasının 4-cü tirajının qalibləri Xəzər TV canlı efirində xüsusi kompüter proqramı vasitəsilə seçilib. Daha 252 nəfər “Unibank”dan müxtəlif hədiyyələr, pul mükafatlarının qalibi olub. “Əjdaha” lotereyanın 4-cü tirajının qaliblərindən 2 nəfər Toyota Corolla Cross avtomobili, 10 nəfər iPhone 15 Pro, 20 nəfər 1000 AZN, 20 nəfər 500 AZN, 200 nəfər isə 100 AZN qazanıb. Qaliblərin siyahısı bankın saytında yerləşdirilib: (https://unibank.az/uploads/menus/1733121221qalibler%204.pdf)
“Əjdaha” lotereyasının dördüncü tirajında oktyabrın 21-dən noyabrın 20-dək Unibank bank kartları ilə 50 manat və yuxarı ödəniş edərək, azı 5 şansı olan müştərilər iştirak edib. “Əjdaha” lotereyasının dördüncü tirajında 240 Unibank müştərisi ümumilikdə 50 min manat pul mükafatı qazanıb.
Lotereyanın sonuncu - əsas hədiyyəsi Seabreeze Park Residence-2-də yerləşən 3 ədəd tam təmirli və əşyalı mənzilin oynadığı 5-ci tirajın qalibləri isə dekabrın sonlarında Xəzər TV-nin canlı yayımında xüsusi kompüter proqramı vasitəsilə təsadüfi seçmə üsulu ilə seçiləcək. Artıq noyabrın 21-dən dekabrın noyabrın 25-dək etdiyiniz ödənişlər sizə 5-ci tiraj üçün şans qazandırır. Hər tirajda iştirak etmək üçün həmin tiraj müddətində azı 50 manatlıq ödəniş edib, minimum 5 şans qazanmaq lazımdır. Bu halda əvvəlki tirajda qazandığınız şanslar da bura əlavə olunur.
Beşinci tirajda hər 10 manata 3 şans qazandıran partnyorlar:
- Bütün yanacaqdoldurma məntəqələri;
- Bütün kafe-restoranlar;
- Bravo Marketlər;
- Bolt Food ödənişləri;
- Xarici ölkələrdə alış-veriş;
- Xarici saytlarda ödəniş;
- Trendyol ödənişləri;
- UBank mobil tətbiqində ödənişlər.
Seabreeze Park Residence-2-də yerləşən 3 ədəd tam təmirli və əşyalı mənzildən, 50 Apple iPhone 15 Pro telefonundan birinə və 250 000 manatlıq pul uduşunda seçilmiş məbləğlərə sahib olmaq istəyirsinizsə, siz də “Əjdaha” lotereyasının iştirakçısı olun!
Lotereya haqqında daha ətraflı məlumatı bankın saytından (https://unibank.az/lottery/index?language=az) öyrənə bilərsiniz.
-
Kriminal18:50
Baş Prokurorluqdan Nəzrinin ölümünə səbəb olan həkimlə bağlı AÇIQLAMA - YENİLƏNDİ
-
Nəqliyyat18:45
Bu yollarda sıxlıq var - SİYAHI
-
Dünya18:07
Rusiya böyük savaşa hazırlaşır: Putin hər an hücum əmri verə bilər
-
Hadisə17:21
Bir ailədən 14 nəfər ölmüşdü... - Ərdoğan onları tək qoymadı
-
Nida Xəbər 17:07
Orxan Əsgərovun atası İrandakı səfirliyimizə hücum edəni bağışlayacaq?
-
Dünya16:12
Türkiyədəki yanğının dəhşətli faktı: Ailənin 14 üzvü ölüb, anasına zəng edən Gültəkin deyib ki...
-
Dünya15:48
Dünya liderlərinin məvacibləri: Ən çox hansı ölkənin rəhbəri alır?
-
Nida Xəbər 15:32
Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - Təcili