Sosial
Bu kafenin fəaliyyəti məhdudlaşdırıldı, cərimə yazıldı
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, ev 281 ünvanında fəaliyyət göstərən Təranə Xubalı qızı Şahbazovaya məxsus kafedə plandankənar yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Publika.az-a verilən məlumata görə, yoxlama zamanı kafedə qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların bir sıra tələblərinin pozulduğu məlum olub.
Sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, mətbəxdə döşəmə və divarların, işçi masanın asan yuyulub təmizlənən, dezinfeksiyaedici məhlulun təsirinə davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin qurulmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, ağzı kip bağlanan və qoxu yaymayan tullantı qablarından istifadə olunmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.
-
Hadisə17:33Kamran Əsədov həbs edildi - Məhkəmə zalında
-
Rəsmi xronika17:14Şeyx Zayed Fondu İlham Əliyev haqqında paylaşım etdi
-
Avropa17:11Ölümcül ssenari: Avropa üç illik xaosa hazırlaşır
-
Dünya16:38Aralıq dənizində gərginlik: İki ölkə Rusiyaya qarşı əməliyyat keçirdi
-
Nida Xəbər 15:32Alyona Əliyeva Arzu Əliyevanı belə təbrik etdi - FOTO
-
Nida Xəbər 15:18Mədət Quliyevlə Zəhra ayrıldı
-
Magazin114:54Alim Qasımovdan nəvəsinin toyda dediklərinə - REAKSİYA
-
Elm və təhsil13:26Tələbə kreditləri üçün müraciət tarixi açıqlandı






_(1).jpg)














.jpg)




.jpg)









