Sosial
6 tona yaxın narkotik vasitə müsadirə edildi - DİN
2025-ci ildə qeyri-leqal dövriyyədən 2024-cü illə müqayisədə 961 kiloqram çox olmaqla 5 ton 675 kiloqram narkotik vasitə çıxarılıb.
Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində (DİN) 2025-ci ildə cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin olunmasına dair keçiriləm Kollegiya iclasında məlumat verilib.
Qeyd olunub ki, 272 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, onlayn satışla bağlı 2 ton 724 kiloqram narkotik vasitə aşkarlanıb. Qanunsuz kultivasiya edilən və yabanı halda bitən 294 tondan artıq çətənə və xaş-xaş kolu yığılaraq məhv edilib. Narkotiklərlə əlaqəli cinayətlər üzrə 88 cinayətkar qrup zərərsizləşdirilib.
Bununla yanaşı, internet resurslarının real vaxt rejimində monitorinqi davam etdirilib. Nəticədə dini radikalizmi və kriminal həyat tərzini təbliğ edən 954, narkotik vasitələrin onlayn satışı ilə məşğul olan 769, pornoqrafik materiallar yayan 272, kompüter virusları yayan 189, qanunsuz idman mərc oyunları təşkil edən 1.131 olmaqla ümumilikdə 3.315 sayt və sosial şəbəkə hesabı aşkarlanaraq bloklanıb.
Kollegiyada vurğulanıb ki, bu istiqamətdə qətiyyətli tədbirlər 2026-cı ildə də fasiləsiz davam etdiriləcək.
-
Dünya16:38Aralıq dənizində gərginlik: İki ölkə Rusiyaya qarşı əməliyyat keçirdi
-
Nida Xəbər 15:32Alyona Əliyeva Arzu Əliyevanı belə təbrik etdi - FOTO
-
Nida Xəbər 15:18Mədət Quliyevlə Zəhra ayrıldı
-
Magazin114:54Alim Qasımovdan nəvəsinin toyda dediklərinə - REAKSİYA
-
Elm və təhsil13:26Tələbə kreditləri üçün müraciət tarixi açıqlandı
-
Nida Xəbər 12:44“Eyyubovlar işi” haqda mühüm xəbər: Yeni həbslər var - ADLAR
-
Nida Xəbər 12:14Bu qanuna dəyişiklik olunur
-
ABŞ11:58Ukrayna daha çox ərazi itirə bilər - Tramp






_(1).jpg)




.jpg)






.jpg)




.jpg)



.jpg)









