Sosial
Zivər Zeynalovaya yeni vəzifə verildi
Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat kafedrasına yeni müdir seçimi həyata keçirilib. 2026-cı ilin 22 yanvar tarixində MDU-nun İqtisadiyyat və idarə etmə fakültəsinin Elmi Şurasının iclasında keçirilən səsvermənin nəticələrinə əsasən Zeynalova Zivər Zeynal qızı İqtisadiyyat kafedrasının müdiri vəzifəsinə seçilib.
Publika.az Yeni Sabah"a istinadən xəbər verir ki, bununla bağlı Universitetin rektoru Anar Eminov əmr imzalayıb.
Qeyd edək ki, Zeynalova Zivər ali təhsilinin bakalavr pilləsini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, magistratura təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində başa vurmuşdur. Fəlsəfə doktoru elmi dərəcəsini Türkiye ve Orta Doğu Amme İdarəsi İnstitutunda almışdır.
Doktorantura təhsili müddətində Türkiyə ilə yanaşı, Kanadanın Karlton Universitetində fiskal siyasət və vergitutmanın sosial təsirləri üzrə müqayisəli elmi tədqiqatlar aparmışdır. Türkiyədə verilmiş elmi dərəcə təkrar attestasiya əsasında tanınaraq "Dünya iqtisadiyyatı" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsinə ekvivalent sayılmışdır. Hazırda "Texnoloji innovasiyalar iqtisadiyyatı" istiqaməti üzrə elmlər doktoru proqramında tədqiqatçı kimi elmi fəaliyyətini davam etdirir.
Z. Zeynalovanın elmi-pedaqoji fəaliyyəti beynəlxalq elmi mühitlə sıx inteqrasiya olunmuşdur. O, Kanada, Türkiyə, İspaniya, Çin və digər ölkələrdə həyata keçirilən elmi tədqiqat proqramlarında, beynəlxalq seminar və ixtisasartırma təlimlərində iştirak etmiş, müasir tədris metodları və elmi yanaşmalar üzrə bilik və bacarıqlarını davamlı şəkildə inkişaf etdirmişdir. Xaricdə əldə etdiyi akademik təcrübə onun elmi-pedaqoji fəaliyyətində innovativ yanaşmaların tətbiqinə geniş imkanlar yaratmışdır. 4 dərs vəsaiti, 4 kollektiv monoqrafiya və 100-dən çox elmi tədqiqatın müəllifidir.
-
MDB15:32Putin Məmmədovla Gevorkyanı təltif etdi
-
MDB15:02Ukraynanın ağır dronları 2 min km qət etdi, Uxtanı vurdular: Neft emalı zavodu yanır
-
Nida Xəbər 14:50Hakimiyyəti zorla ələ keçirmək istəyənlərin - TAM SİYAHISI
-
Nida Xəbər 14:18Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən pulları Fuad Qəhrəmanlı belə alıb - Video
-
Nida Xəbər 13:28DTX “Boz kardinal”ın şok səs yazısını yaydı - Video
-
Nida Xəbər 13:12Ramiz Mehdiyevin evindən görün nə qədər pul çıxdı - Video
-
Yaxın Şərq13:10ABŞ çox şey tələb edir, müharibə olacaq - Fidandan xəbərdarlıq
-
Magazin113:03Samirə efirdə bəd xəbər aldı: Təcili getdi - VİDEO







.jpg)










.jpg)




















.jpg)
