Nazir gələn ilin dövlət büdcəsindən danışdı
Bizi izləyin

Sosial

Nazir gələn ilin dövlət büdcəsindən danışdı

"Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri ilkin variantla müqayisədə 40 milyon manat artırılıb".

Publika.az xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında – “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, gələn il büdcə gəlirləri 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çoxdur), xərclərin isə 41 milyard 407,6 milyon manat (+4,2 %) olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm