Azərbaycanda iş adamı lüks avtomobili ilə düşdüyü QƏZADA ÖLDÜ - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Azərbaycanda iş adamı lüks avtomobili ilə düşdüyü QƏZADA ÖLDÜ - YENİLƏNDİ

Quba rayonunun Üçgün kəndi ərazisində “Lexus” markalı avtomobil dərəyə aşıb.

Publika.az
xəbər verir ki, qəza nəticəsində 1979-cu il təvəllüdlü Xaçmaz rayon sakini Şamil Zehyəddin oğlu Orucov ölüb.

Avtomobildə olan sərnişinlər - 1985-ci il təvəllüdlü Faiq Orucov, 1978-ci il təvəllüdlü Ratiq Dəmirov və 1977-ci il təvəllüdlü Ceyhun Abdullayev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, hazırda onlara tibbi yardım göstərilir.

Qəza nəticəsində dünyasını dəyişən şəxs, Şamil Orucov Xaçmazda tanınan iş adamıdır. O, Xaçmazda yerləşən “Daş bazarı və “Mal bazarı” kimi tanınan bazarların sahibi olub.

Faktla bağlı araşdırma aparılır. (Unikal")

xxx

21:48

Quba rayonunun Üçgün kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, minik avtomobili yoldan çıxaraq dərəyə aşıb. Nəticədə avtomobildə olan 1 nəfər həlak olub, 2 nəfər ağır xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm