Sosial
Ödənişli yoldan istifadə edən sürücülərin diqqətinə: "Sürətli Keçid Kartı"nı...
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün "Sürətli Keçid Kartı"nın tətbiqinə başlanılıb.
Bu barədə Publika.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, "Sürətli Keçid Kartı"nı Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 44.5-ci kilometrində (yanacaq doldurma məntəqəsi) yerləşən satış məntəqəsindən, eyni zamanda Quba və Xudat-Qusar (ödənişli yolun sonuncu məntəqəsi) keçid ödəmə məntəqələrindən, həmçinin Bakı şəhərlərindəki 2,5,6 və 7 saylı, Sumqayıt 2 saylı və Quba "ASAN xidmət" mərkəzlərindən əldə etmək mümkündür.
"Hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan həm "Sürətli Keçid Kartı" əldə edərək, eyni zamanda keçid məntəqələrində bank kartı vasitəsi ilə (nağdsız) ödəniş edərək istifadə etmək mümkündür. Lakin bir müddətdən sonra ödənişli yoldan yalnız "Sürətli Keçid Kartı" sahiblərinin istifadə etməsi nəzərdə tutulur.
Odur ki, sürücülərdən ödənişli yoldan istifadə zamanı gələcəkdə problemlə qarşılaşmamaq üçün öncədən "Sürətli Keçid Kartı"nı əldə etmələri xahiş olunur", - agentlik bəyan edib.
-
İdman13:00
Futbol əfsanəsinin 50 yaşlı xanımı: Hamı onun gözəlliyindən danışır - FOTOLAR
-
Nida Xəbər 12:47
Xankəndidə neçə erməni yaşayır? - Prezident açıqladı
-
Nida Xəbər 11:51
Bu, apokalipsis olar, ondan heç kim faydalanmayacaq - Azərbaycan Prezidenti
-
Tarix10:54
Bu dağda üzərində heyrətamiz mesaj olan qab tapıldı: İsraillə Çini nə birləşdirir?
-
MDB10:48
Generalı öldürən şəxs saxlanıldı: Bu türk dövlətinin vətəndaşıdır
-
MDB10:24
Ukrayna ordunu Xarkovdan çıxarıb bu istiqamətdə yerləşdirdi: Nə planlaşdırılır?
-
Magazin109:48
Vüsalə bacıları ilə belə görüntüləndi - VİDEO
-
MDB09:12
Deputatdan şok təklif: Spirtli içki hədiyyə edənlər cərimələnsin