Hadisə
Məhkəmədən Əvəz Zeynallı ilə bağlı qərar
“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı və onunla birgə ittiham olunan Elnur Şükürovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Publika.az APA-ya istinadən xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Əvəz Zeynallının cəzası 2 ay, Elnur Şükürov həbs müddəti isə 1 il azaldılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Əvəz Zeynallı 9 il, Elnur Şükürov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Qeyd edək ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.
-
Rəsmi xronika16:03
İlham Əliyev sərəncam imzaladı
-
Sosial15:16
Əhaliyə xəbərdarlıq: dekabrın 18-i axşamdan...
-
MDB14:53
3 arvad, 14 uşaq - İvanın hərəmxanası yoxlanılacaq - FOTOLAR
-
Magazin113:50
Nazilə onun nömrəsini yaydı: "Kimi yığsa, polisə müraciət etsin" - FOTO
-
İdman13:00
Futbol əfsanəsinin 50 yaşlı xanımı: Hamı onun gözəlliyindən danışır - FOTOLAR
-
Nida Xəbər 12:47
Xankəndidə neçə erməni yaşayır? - Prezident açıqladı
-
Nida Xəbər 11:51
Bu, apokalipsis olar, ondan heç kim faydalanmayacaq - Azərbaycan Prezidenti
-
Tarix10:54
Bu dağda üzərində heyrətamiz mesaj olan qab tapıldı: İsraillə Çini nə birləşdirir?