Sosial
"Yaşıl dünya naminə həmrəylik" ilində ən çox ziyarət olunan milli parklar - Foto
Azərbaycanın müxtəlif ekosistemlərini özündə birləşdirən milli parklara "Yaşıl dünya naminə həmrəylik" ilində 223 549 turist səfər edib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Publika.az-a bildirib ki, 2024-cü ilin bugününədək ən çox turist qəbul edərək ilk üçlükdə yer alan milli parklar Göygöl, Şahdağ və Abşeron milli parklarıdır.
“Ölkəmizin füsunkar guşələrində yerləşən milli parkların təbliği, orada təşkil olunan maarifləndirici tədbirlər, milli parklardan bütün fəsilləri əhatə edən və biomüxtəlifliyi əks etdirən maraqlı, rəngarəng video və foto görüntülər də gözəl təbiət ərazilərimizə olan marağın artmasına bu il də şərait yaradıb”.
A.Babayeva Azərbaycan təbiətini sevən, onun gözəlliklərinə dəyər verən hər kəsi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və bayram tətili günlərini milli parklarımızda keçirməyə dəvət edib.
-
Səhiyyə19:23
Səhiyyə Nazirliyində əməliyyat keçirilir - SAXLANILANLAR VAR
-
Hadisə19:10
Nəsimidəki yanğın söndürüldü - FOTO/YENİLƏNDİ
-
Rəsmi xronika17:23
Putin İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika16:51
İlham Əliyev fərman imzaladı
-
Magazin116:24
Emin Ağalarovun əkizlərinin gələcək arzusu... - VİDEO
-
Dünya15:27
Əsədə Moskvada zülm edilir? - Kremldən CAVAB
-
Sosial15:06
“Lukoil”dən ŞOK ETİRAF: Benzinə su qarışıb
-
Region14:06
Türk dövlətlərinin ortaq xəritəsi hazırlanır - BELƏ OLACAQ