Nida Xəbər
Bayramov Vuçiçlə regional təhlükəsizlik məsələlərini müzakirə etdi - Foto
Dekabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidenti Aleksandar Vuçiç tərəfindən qəbul edilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Publika.az-a bildirilib ki, görüş zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub, qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb.
Görüşdə, ikitərəfli strateji tərəfdaşlıq münasibətləri, eləcə də regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan və Serbiya tərəfindən hər zaman qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenliyə göstərilən davamlı dəstəyin təqdirəlayiq olduğunu bildiriblər.
Ölkəmizi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyi münasibətilə təbrik edən Prezident Vuçiç COP29 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşü məmnunluqla xatırlayıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər müzakirə edilib.
-
Magazin222:15
Haluk Levent xəstəxanalıq oldu
-
Hadisə22:07
Bakıda uçqun oldu - Ölən var
-
Səhiyyə22:00
Səhiyyə Nazirliyində keçirilən əməliyyatda kimlər saxlanıldı? - YENİLƏNDİ
-
Sosial21:11
Bakıda diqqət çəkən "yolka"lı "Ferrari"nin sahibi o imiş - VİDEO
-
Hadisə19:10
Nəsimidəki yanğın söndürüldü - FOTO/YENİLƏNDİ
-
Rəsmi xronika17:23
Putin İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika16:51
İlham Əliyev fərman imzaladı
-
Magazin116:24
Emin Ağalarovun əkizlərinin gələcək arzusu... - VİDEO