Sosial
3 ölkə qəzanı birgə araşdıracaq
Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Agentliyi və "Azerbaijan Airlines" (AZAL) aviaşirkətinin nümayəndə heyəti Qazaxıstana gedib.
Publika.az Trend-ə istinadən bildirir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb.
"Aviasiya hadisələri və qəzalara dair məlumatların təqdim olunması və araşdırılması qaydalarına uyğun olaraq, Nəqliyyat Nazirliyi tərəfindən Aviasiya Hadisəsi Araşdırma Komissiyası yaradılıb. Nazirliyin Aviasiya Hadisələri və Qəza Araşdırma Departamentinin əməkdaşları hadisə yerində olub və araşdırma işləri aparır. Azərbaycandan Dövlət Mülki Aviasiya Agentliyinin və "Azerbaijan Airlines" (AZAL) aviaşirkətinin nümayəndə heyəti də Qazaxıstana gəlib", - deyə nazirliyin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, hadisə yerində Azərbaycan nümayəndələri sıx əməkdaşlıq şəraitində araşdırma aparılır.
"Eyni zamanda, Qazaxıstana "Embraer" təyyarə istehsalçısının və CENIPA-nın (Braziliyanın Aviasiya Hadisələri və Qəzaların Araşdırılması Mərkəzi) nümayəndələri də uçublar. Hökumət Komissiyasının tərkibində, Baş nazirin müavini Kanat Bozumbaevin rəhbərliyi altında Aktau şəhərində nəqliyyat naziri Marat Karabayev, nəqliyyat nazirinin müavini Talqat Lastaev, Nəqliyyat Hadisələri və Qəzalar üzrə Araşdırma Departamentinin direktoru Nurjan Malayev, Mülki Aviasiya Komitəsinin sədri Saltanat Tompayeva, "Qazaeronavigasiya" ASC-nin baş direktoru Nurjan Axmetov da yer alıb", - nazirlik əlavə edib.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Son məlumatlara əsasən, sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb. Qazaxıstandan 6 sərnişin olub, onlar həlak olublar.
Təyyarənin ekipaj üzvlərindən hər iki pilot həlak olub, digər 3 nəfər sağ qalıb.
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial26 Dekabr 17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial26 Dekabr 17:10
Əli Əsədov daha bir qərar imzaladı