Sosial
Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimi keçirildi - Foto/Yeniləndi
Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimi başa çatıb.
Publika.az xəbər verir ki, daha sonra həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyevanın cənazələri dəfn olunmaq üçün II Fəxri xiyabana aparılıb.
***
Dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin vida mərasimi keçirilir.
Publika.az xəbər verir ki, vida mərasimində onların ailə üzvləri, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva bu gün II Fəxri xiyabanda torpağa tapşırılacaq.
Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.
-
Magazin101:00
"W-trio" 20 ildən sonra bir arada - VİDEO
-
Sosial00:00
Bu gündən Azərbaycanda minimum əməkhaqqı artdı
-
İdman31 Dekabr 2024 23:30
Uşaq nə vaxt dünyaya gələcək? - Sevgilisi açıqladı
-
Sosial31 Dekabr 2024 23:00
4 kq qızılla tutulan şəxs məşhur polkovnikin qardaşı oğludur
-
Avropa31 Dekabr 2024 21:12
Britaniya şəhərlərində Yeni il tədbirləri LƏĞV EDİLDİ
-
Sosial31 Dekabr 2024 20:48
Günlər sonra yaralanan xanımını gördü - Göz yaşlarını saxlaya bilmədi / VİDEO
-
Art31 Dekabr 2024 19:48
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
-
Region31 Dekabr 2024 19:12
Keçmiş arvadının üstünə benzin töküb DİRİ-DİRİ YANDIRDI - FOTO