Sosial
Azərbaycanda bu sahələrə işçi tapmaq olmur - Siyahı
İşəgötürənlərin uyğun kadr tapmaqda ən çox çətinlik çəkdiyi sahələr məlum olub.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin "Əmək bazarı" bülleteninin 5-ci buraxılışında qeyd edilib.
Belə ki, çətinlik çəkilən əsas sahələr sırasında satış və marketinq (16,7%), texniki ixtisaslar (15,8%) və mühasibatlıq və maliyyə (15,3%) yer alır.
Bundan əlavə, tikinti və fiziki işlər (9,5%) və ticarət sahəsi (9,5%) də kadr çatışmazlığı yaşanan istiqamətlər sırasındadır. Turizm və xidmət sektoru üzrə bu göstərici 8,6%, kənd təsərrüfatı və heyvandarlıq sahəsində isə 7,7% təşkil edir. Siyahıda ofis və inzibati dəstək işləri (6,3%) və tibb sahəsi (5,4%) üzrə işçi çatışmazlığı da var.
Bülletendəki məlumatlara görə, son 1 il ərzində şirkətlərdə ən çox vakansiya texniki ixtisaslar (21,2%) üzrə elan edilib. Satış və marketinq sahəsi 17,1%, mühasibatlıq və maliyyə 13,5% təşkil edib.
Tikinti və fiziki işlər, eləcə də kənd təsərrüfatı və heyvandarlıq sahələrinin hər biri üzrə göstərici 13,1% olub. Ticarət sahəsi üzrə vakansiyalar 10,4%, ofis və inzibati dəstək işləri üzrə 9,5% təşkil edib. Tibb sahəsi 7,2%, turizm və xidmət sektoru isə 6,8% səviyyəsində qeydə alınıb.
(Bizim.Media)
-
ABŞ8 Noyabr 23:55Nə dərəcədə güclü zərbə endirəcəyimi təsəvvür belə edə bilməzsiniz - Trampdan İrana xəbərdarlıq
-
Dünya8 Noyabr 21:5133 ölkədən vətəndaşlarına təcili çağırış - Nə baş verir?
-
Nida Xəbər 8 Noyabr 19:51İlham Əliyev Türkiyəyə səfər edəcək
-
Nida Xəbər 8 Noyabr 19:00“Bu gün qarşımızda duran vəzifə...” – Ərdoğandan Qarabağla bağlı mühüm mesaj
-
Nida Xəbər 8 Noyabr 17:38Prezidentlər Şuşa qalası önündə foto çəkdirdilər
-
Nida Xəbər 8 Noyabr 16:51Ərdoğan: "Ağdamda 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq"
-
Nida Xəbər 8 Noyabr 16:49Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər
-
Nida Xəbər 8 Noyabr 16:30Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi də gücləndirir!














.jpg)





















.jpg)

