Sosial
Bakıda bu binalar plana düşdü
Bakı şəhərində həyata keçirilən yenidənqurma tədbirləri çərçivəsində daha bir ərazidə söküntü işlərinə başlanılır.
Publika.az Yenisabah.az-a istinadən xəbər verir ki, paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində istismar müddətini başa vurmuş və plana düşmüş, "mordovan" adlandırılan binaların sökülməsi nəzərdə tutulub.
Həmin ikimərtəbəli evlərin yerində çoxmərtəbəli binalardan ibarət yeni yaşayış massivi salınacaq.
Hazırda layihəni icra edəcək tikinti şirkətləri ilə yerli sakinlər arasında kompensasiya və köçürülmə şərtlərinə dair danışıqlar aparılır. Söküntü işlərinin qəsəbənin infrastrukturunun yenilənməsi məqsədilə həyata keçirildiyi bildirilir.
Qeyd edək ki, "mordovan" yaxud "qamışlıq" kimi tanınan binalar İkinci Dünya müharibədən sonra inşa edilib. Tikintidə qamışdan da geniş istifadə olunub. Bu evlərin bəziləri sonradan kənardan daşla üzlənərək müasir görkəm alsa da, daxili karkasları hələ də həmin dövrün yadigarı olan qamış bağlamalarından ibarətdir.
Xatırladaq ki, aprelin 5-6-da paytaxtda müşahidə olunan intensiv yağıntılar Keşlə qəsəbəsində bir sıra fəsadlara yol açıb. Qəsəbə ərazisində yerləşən Bakı dairəvi magistral kollektorunda suyun səviyyəsinin kəskin artması və R. Bağırov küçəsindəki magistral xətdə əvvəlcədən yaranmış çökmə nəticəsində drenaj-kanalizasiya sistemində yüklənmə baş verib. Relyef şəraiti ilə əlaqədar suyun səviyyəsi 1.2-1.5 metrə yüksəlib, nəticədə 31 fərdi yaşayış evinə su dolub.
-
ABŞ13 Aprel 19:10Tramp İrana qarşı blokadanın qüvvəyə mindiyini elan etdi - Yaxınlaşsalar, dərhal məhv edəcəyik!
-
Ekologiya13 Aprel 18:50Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
-
Hadisə13 Aprel 18:10Böyük Mərdəkan qəsri çökdü - Foto
-
Sosial13 Aprel 17:29Xalq artisti vəfat etdi
-
Dünya13 Aprel 17:27Hörmüz böhranında yeni mərhələ: Neftin qiyməti 150 dollara çatacaq
-
Sosial13 Aprel 16:38Mehman Nəsibov yüksək vəzifəyə təyin edildi - FOTO
-
Sosial13 Aprel 15:03Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi - FOTO
-
İdman13 Aprel 14:24FIFA azarkeşləri aldadıb? - DÇ-2026-da bilet qalmaqalı










.jpg)






















