Sosial
Pirşağı hövzəsi üzrə kanalizasiya kollektorları və tullantı sutəmizləyici qurğu tikilir - FOTO/VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Bakı şəhəri və Abşeron rayonunda yeni kanalizasiya kollektorları və tullantı sutəmizləyici qurğuların tikintisi layihələrini davam etdirir.
Qurumdan Publika.az-a verilən məlumata görə, layihələrdən biri Pirşağı hövzəsi üzrə icra olunur.
Layihə Azərbaycan Prezidentinin imzaladığı Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilir.
Ümumi uzunluğu 33 km olan kollektorun və yeni nasos stansiyasının inşası Bilgəh, Nardaran, Pirşağı, Novxanı, Goradil, Fatmayı, Saray, Zabrat, Balaxanı, Məhəmmədi və Kürdəxanı qəsəbələrində tullantı sularının idarə edilməsinə imkan yaradacaq. Eyni zamanda hövzə daxilində yerləşən qəsəbələrdə subasma hallarının qarşısı alınacaq, Kürdəxanı, Zabrat gölləri və sahil boyu zonada ekoloji tarazlıq bərpa olunacaq.
Hazırda layihə üzrə 9,8 km təzyiqli tullantı su xəttinin və 3,9 km-lik koruge borunun tikintisi başa çatıb. Kollektorun inşası üzrə digər müxətlif diametrli boru və mikrotunellərin çəkilməsi istiqamətində işlər müntəzəm icra olunur.
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının tikintisi layihəsi çərçivəsində inşa olunacaq 31 şaxtadan 6-ı tamamlanıb, qalan şaxtalarda və kanalizasiya nasos stansiyasında işlər davam etdirilir.
Bu tipli layihələr, xüsusilə mikrotunel texnologiyası ilə qurulan kanalizasiya şəbəkələri müasir və dayanıqlı olması ilə seçirilir, geniş ərazilərdə qurulma imkanı və əhalinin məmnunluq səviyyəsinin yüksəldilməsinə şərait yaradır.
-
Sosial04:14Mətanət Qarayeva vəzifəsindən azad edildi
-
Magazin101:11Bu il də finala keçə bilmədik
-
Magazin100:30Təmsilçimiz ikinci yarımfinalda çıxış etdi - VİDEO
-
İdman00:15İran millisi önündə böyük əngəl - Dünya çempionatını buraxa bilər
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu istək sizi yeni istiqamətlərə aparacaq
-
Magazin114 May 23:36İlon Mask Pekində keçirilən ziyafətdə hərəkətləri ilə gündəm oldu - VİDEO
-
İdman14 May 23:24PSJ-nin ulduzlarının xanımları ilə çempionluq FOTOSU
-
Magazin214 May 23:00Büstqalter geyinən Cennifer Lopesdən cəsarətli pozalar - FOTO
































.jpg)


