Sosial
UNESCO ilə mədəniyyət sahəsində əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub - FOTO
İyunun 16-da Parisdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli UNESCO Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Nayef H. Al-Fayez ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdə mədəni irsin qorunması, muzey işi, yaradıcı sənayelər, mədəni diplomatiya və mədəniyyət sahəsində beynəlxalq layihələr üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Həmçinin UNESCO-nun SECURE layihəsi çərçivəsində perspektiv əməkdaşlıq istiqamətləri və bu proqramın mədəni irsin qorunması sahəsində tətbiq oluna biləcək imkanları müzakirə edilib.
Nazir Adil Kərimli Azərbaycanın mədəniyyət siyasətinin əsas prioritetləri, həyata keçirilən islahatlar və beynəlxalq tərəfdaşlıq təşəbbüsləri barədə məlumat verib.
Tərəflər UNESCO ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi, birgə layihələrin həyata keçirilməsi, peşəkar mübadilə proqramlarının genişləndirilməsi və innovativ beynəlxalq təşəbbüslərin təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinin, eləcə də mədəniyyətin dayanıqlı inkişaf və beynəlxalq həmrəyliyin möhkəmləndirilməsində rolunun əhəmiyyəti vurğulanıb.


-
ABŞ8 Noyabr 23:55Nə dərəcədə güclü zərbə endirəcəyimi təsəvvür belə edə bilməzsiniz - Trampdan İrana xəbərdarlıq
-
Dünya8 Noyabr 21:5133 ölkədən vətəndaşlarına təcili çağırış - Nə baş verir?
-
Nida Xəbər 8 Noyabr 19:51İlham Əliyev Türkiyəyə səfər edəcək
-
Nida Xəbər 8 Noyabr 19:00“Bu gün qarşımızda duran vəzifə...” – Ərdoğandan Qarabağla bağlı mühüm mesaj
-
Nida Xəbər 8 Noyabr 17:38Prezidentlər Şuşa qalası önündə foto çəkdirdilər
-
Nida Xəbər 8 Noyabr 16:51Ərdoğan: "Ağdamda 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq"
-
Nida Xəbər 8 Noyabr 16:49Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər
-
Nida Xəbər 8 Noyabr 16:30Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi də gücləndirir!














.jpg)





















.jpg)

