Sosial
170 milyon yeni iş yeri açılacaq
“Dünya İqtisadi Forumunun (WEF) 2030-cu ilə qədər olan proqnozlarına görə, qlobal əmək bazarı genişmiqyaslı transformasiyaya məruz qalacaq. Təxminən 92 milyon iş yerinin ləğv ediləcəyi və ya avtomatlaşdırılacağı, əvəzində isə 170 milyon yeni iş yerinin yaranacağı gözlənilir”.
Publika.az xəbər verir ki, bu barədə nəqliyyat və logistika məsələləri üzrə ekspert Rauf Ağamirzəyev öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, Azərbaycanda yanaşma “köhnə kadrları dəyişmək” deyil, “mövcud kadrları yeni dövrə hazırlamaq” üzərində qurula bilər:
“Beləliklə, xalis artım 78 milyon iş yeri təşkil edəcək. Lakin əsas dəyişiklik iş yerlərinin sayında deyil, işin xarakterində və tələb olunan bacarıqlarda olacaq.
Bazar sadəcə köhnə vəzifələri aradan qaldırmır, əmək funksiyalarını yenidən bölüşdürür. Bu transformasiyanın əsas katalizatorları generativ süni intellekt, avtomatlaşdırma, yaşıl keçid və demoqrafik dəyişikliklərdir.
Bu qlobal proses Azərbaycandan da çevik yanaşma tələb edir. Transformasiyanı daha rəvan etmək üçün yalnız yeni kadrların hazırlanmasına deyil, mövcud işçi qüvvəsinin yenidən ixtisaslaşdırılmasına və təlimlərə cəlb edilməsinə diqqət yetirmək lazımdır.
Xüsusilə illər əvvəl təhsil almış və hazırda əmək bazarında fəaliyyət göstərən kadrların müasir texnologiyalar, süni intellekt, avtomatlaşdırma və yeni iş prosesləri üzrə təlimlərə cəlb edilməsi onların dövrün tələblərinə uyğunlaşmasına imkan verə bilər.
Yəni Azərbaycanda yanaşma “köhnə kadrları dəyişmək” deyil, “mövcud kadrları yeni dövrə hazırlamaq” üzərində qurula bilər. Bu, həm insan kapitalından daha səmərəli istifadə etməyə, həm də texnoloji transformasiyanın sosial təsirlərini azaltmağa kömək edər”.
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc

































.jpg)

