Tarixi əsər oğurluğu: Sərkisyana şok ittiham - - FOTO
Bizi izləyin

Cənubi Qafqaz

Tarixi əsər oğurluğu: Sərkisyana şok ittiham - - FOTO

Ermənistanın İstintaq Komitəsi rəssam Avanes (İvan) Ayvazovskinin “Şimal dənizində gəmi” adlı rəsminin alınması və satılması ilə bağlı vəziyyəti araşdırır.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, ilkin araşdırmalardan sonra Ermənistana gətirilən əsərin Rusiyada oğurlandığı məlum olub.

Məlum olub ki, Ermənistanda fəaliyyət göstərən “Pünik” Fondu tərəfindən satışa çıxarılan rəsm əsərini keçmiş prezident Serj Sərkisyanın qardaşı Levon Sərkisyan ölkəyə gətirib.

İlk dəfə fondun rəsmi saytında nümayiş etdirilən əsərin təqdimatı da Levon Sərkisyan tərəfindən edilib. Lakin Serj Sərkisyana bağışlandığı iddia edilən əsərin oğurluq olduğu üzə çıxıb.

Bu, 2011-ci ildə Rusiyada “Rus Qızıl” Korporasiyasının rəhbərinin evindən oğurlanan əsərlərdən biridir.

Məsələ ilə əlaqədar cinayət işi açılıb, araşdırma aparılır. Serj Sərkisyanın da məsələ ilə bağlı istintaqa çağırılacağı yayılan məlumatlar arasındadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm