Ermənilər seçkiləri boykot etdi – YEKUN NƏTİCƏ
Bizi izləyin

Cənubi Qafqaz

Ermənilər seçkiləri boykot etdi – YEKUN NƏTİCƏ

Ermənistanda növbədənkənar parlament seçkilərində seçici aktivliyi ümumilikdə cəmi 48,63 faiz olub.

Publika.az xəbər verir ki, bu haqda Ermənistan Mərkəzi Seçki Komissiyasının seçici aktivliyi ilə bağlı yekun məlumatında bildirilib.

Bu, ötən parlament seçkisində qeydə alınan seçici aktivliyindən xeyli azdlır. 2017-ci ilin aprelində parlament seçkilərində seçici fəallığı 60, 86 faiz təşkil edirdi.

Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçan ölkə tarixində ilk dəfə seçicilərin əksəriyyətinin ümumdövlət seçkilərinə məhəl qoymadığını bildirib. T.Mukuçan səsvermə hüququna malik 2 milyon 592 min 481 seçicidən yalnız 1 milyon 260 min 840 nəfərin seçkidə iştirak etdiyini söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm