Bolnisidə karantin ləğv edildi
Bizi izləyin

Cənubi Qafqaz

Bolnisidə karantin ləğv edildi

Gürcüstanın Baş naziri Giorgi Gaxarianın rəhbərliyi altında fəaliyyət göstərən idarələrarası əlaqələndirici şuranın qərarına əsasən, bu gün Bolnisi Bələdiyyəsinin bir neçə kəndində epidemioloji vəziyyətin təhlili əsasında sərt karantin məhdudiyyətləri qaldırılıb.

Publika.az Gürcüstan mətbuatına istinadla xəbər verir ki, Bolnisi Bələdiyyəsinin kəndlərində - Naxiduri, Farizi, Tsurtavi, Tamarisi, Khidiskuri, Muxrana, Balaxauri və Mtsknetidə karantin rejimi ləğv edilib. Bu kəndlərdə, digər fövqəladə məhdudiyyətlər bütün Gürcüstan ərazisində qüvvədədir.

Bildirək ki, dünən Marneulidə karantin məhdudiyyəti qaldırılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm