Deputat karantini pozub diskotekaya getdi - Cəzalandırılacaq
Bizi izləyin

Cənubi Qafqaz

Deputat karantini pozub diskotekaya getdi - Cəzalandırılacaq

Ermənistan parlamentinin iqtidarda olan "Mənim addımım" blokunun deputatı Ayk Sarkisyan koronavirusa qarşı tətbiq edilən karantin rejimi qaydalarını pozub.

Publika.az xəbər verir ki, deputat Göyçə (Sevan) gölünün sahilindəki istirahət mərkəzində diskotekada əylənərkən görüntülənib.

Videodan parlament üzvü və digər vətəndaşların ölkədəki maska taxmaq və sosial məsafəni qorumaq qaydalarına, kütləvi toplaşmamaq qadağasına əməl etmədiyi anlaşılır.

Hakim fraksiya rəhbəri Lilit Makunts jurnalistlərə açıqlamasında bildirib ki, millət vəkili bu hərəkətinə görə cəzalandırılacaq: "Bildiyim qədərilə, o, artıq cərimələnib. Lakin əyləncənin təşkili ilə əlaqəsi də müəyyən edilməyib".

Qeyd edək ki, Ermənistanda fövqəladə vəziyyət rejimi martın 16-dan avqustun 12-dək qüvvədədir. Fövqəladə vəziyyət şəraitində toplantı və mitinqlər qadağandır. Məcburi maska ​​rejimi tətbiq olunur.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm