Saakaşvili: “İrəvanın hansısa universitetinin fəxri doktoru olmağımı xatırlamıram”
Bizi izləyin

Cənubi Qafqaz

Saakaşvili: “İrəvanın hansısa universitetinin fəxri doktoru olmağımı xatırlamıram”

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili İrəvan Dövlət Universitetinin fəxri doktoru adından məhrum edilməsi məsələsinə münasibət bildirib.

O, bu ali məktəbin fəxri doktoru olduğunu xatırlamadığını bildirib.

M.Saakaşvili “Mtavari arxi” telekanalına müsahibəsində fəxri doktor elmi dərəcələrinin çox olduğunu deyib: “Mən həqiqətən də xatırlamıram ki, İrəvanın hansısa universitetinin fəxri doktoru olmuşam. Allah onları qorusun, lakin bununla fəxri adlarım azalmayacaq”.

Qeyd edək ki, M.Saakaşvili Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edəndən sonra Ermənistanın təhsil naziri Araik Arutyunyanın təşəbbüsü ilə İrəvan Dövlət Universitetinin fəxri doktoru adından məhrum edilib.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm