Gürcüstanın Azərbaycana olan borcu AÇIQLANDI
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstanın Azərbaycana olan borcu AÇIQLANDI

Bu il dekabrın 1-nə olan məlumata əsasən Gürcüstanın ümumilikdə 7,2 milyard ABŞ dolları həcmində xarici dövlət borcu var.

Publika.az Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin hesabatında bildirilir.

Məlumata əsasən ölkənin mövcud olan 7,2 milyard borcunun 7 milyardı hökumətin payına düşür.

Hazırda Gürcüstanın Rusiyaya (43,134 milyon ABŞ dolları), Türkiyəyə (10,959 milyon ABŞ dolları), Ermənistana (5,954 milyon ABŞ dolları) və Azərbaycana 5,685 milyon ABŞ dolları borcu var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm